Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
"Səbail"in qapıçılar üzrə sabiq məşqçisi Fuad Əsədovun yeni iş yeri müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 32 yaşlı məşqçi bundan sonra "Ulduz" futbol akademiyasında çalışacaq.
O, qapıçı məşqçisi vəzifəsinə təyin olunub.
Azərbaycan millisinin və "Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədovun oğlu olan Fuadı 2023-cü ilin dekabrında Şahin Diniyev özü ilə "Səbail"ə gətirmişdi. Diniyevdən sonra bir müddət Cavid Hüseynovla çalışan Əsədov Elvin Məmmədovun təyinatından sonra öz işini davam etdirməyi lazım bilmayib.
Qeyd edək ki, Fuad Əsədov daha əvvəl "Neftçi"Nin əvəzedici komandasında çalışıb.
Mirağa