Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Əşəraf Hakimi 2 aydan sonra meydana qayıtdı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
PSJ-nin və Mərakeş millisinin sağ cinah müdafiəçisi Əşrəf Hakimi uzun müddətlik fasilədən sonra ilk dəfə rəsmi oyunda meydana çıxıb.
QOL.az xəbər verir ki, 27 yaşlı futbolçu Afrika Millətlər Kubokunun ötən gün keçirilən Zambiya yığması ilə matçında oyuna sonradan daxil olub.
Hakimi qarşılaşmanın 64-cü dəqiqəsində Nussair Mazraouinin əvəzinə meydana çıxıb. Bu, ulduz futbolçunun təxminən iki aydan sonra ilk oyunu olub.
Xatırladaq ki, Hakimi noyabrın əvvəlində Çempionlar Liqasında PSJ ilə “Bavariya” arasında keçirilən görüşdə topuq nahiyəsindən ciddi zədə almışdı.