ƏSF “Yunayted Kredit Bank”ın kreditorlarına növbəti ödənişlərə başlayır AzPolitika onlayn siyasiictimai qəzet

16.11.2024

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Noyabrın 18-dən ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin, habelə "Banklar haqqında" qanunun 82.1.8-ci maddəsinə əsasən təminatsız kreditorların tələbləri üzrə ödənişlərin həyata keçirilməsinə başlanılacaq.

Bu barədə "Report"a bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) bildirilib.

Məlumata görə, ödənişlər nağdsız olacaq.

Kreditorlar tələblərin ödənişi ilə bağlı Fonda müvafiq sənədləri (bank rekvizitləri əlavə edilməklə) təqdim etməklə müraciət edə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью