Əsfəndiyarovu uzunqulaq dişlədi, öldü

10.06.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Xaçmaz rayonunda uzunqulaq dişləyən 70 yaşlı kişi ölüb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Yergüc kəndində baş verib.

Kənd sakini, 1956-cı il təvəllüdlü Murad Müslüm oğlu Əsfəndiyarovun meyiti müayinə olunmaq üçün Xaçmaz rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbəsinə aparılıb.

Məlumata əsasən, M.Əsfəndiyarovu bir həftə əvvəl kənd ərazisində uzunqulaq dişləyib. Bir müddət ev şəraitində müalicə alan şəxsin bu gün vəfat etdiyi bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью