Əsgər Abdullayev məşqçilikdən əlini üzüb...

27.12.2024

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Ötən mövsüm “İmişli”ni çalışdıran Əsgər Abdullayevin AFFA-ya müraciət etdiyi barədə xəbərlər yayılıb. Belə ki, o, AFFA-dan iş istəyib.

Bu barədə xəbərin nə dərəcədə doğru olduğunu təcrübəli mütəxəssisdən soruşduq:

“Belə bir şey var. Bu barədə AFFA-ya ərizə vermişəm”.


Bəs Əsgər bəyi bundan sonra hansısa komandada baş məşqçi kimi görəcəyikmi?

“Baş məşqçi fəaliyyəti ilə bağlı danışmaq istəmirəm”.


Xatırladaq ki, Əsgər Abdullayev daha əvvəl AFFA Məşqçilər Komitəsinin üzvü olub.
ƏSƏD SEYİDOV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью