Əsgər futbolçu qayıdır: Zamiq Əliyevin hərbi xidmət problemi həll olundu

10.07.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Albaniyanın "Eqnatiya" klubunun şərəfini qoruyan Zamiq Əliyev mövsüm başa çatdıqdan sonra vətənə qayıtsa da, Azərbaycandan kənara çıxa bilmirdi.

Buna səbəb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) çağırışı ilə müdafiəçinin ölkədən çıxışına qadağa qoyulmasıdı idi. 

Milli.Az-ın əldə etdiyi məlumata görə artıq məsələ həll olunub. İyulun 15-i hərbi xidmətə çağırılan milli komandanın futbolçu yaxın günlər ərzində komandasının düşərgəsinə qayıdacaq. Gənc müdafiəçi özü bu məlumatı təsdiqləyib.

Qeyd edək ki, Zamiq Əliyev 2 mövsümdür ki, "Eqnatiya"nın formasını geyinir. (Offsideplus.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью