Əsgər yolunu azmışdı Simonyan Nəsimidən DANIŞDI

16.10.2026

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan naməlum şəraitdə sərhədi keçən Azərbaycan əsgəri Nəsimi Musayevlə bağlı məslədən danışıb.
Modern.az xəbər verir ki, İrəvanda jurnalistlərin suallarını cavablandıran Simonyan hərbçinin təxribatçı olduğu barədə iddialarla razılaşmayıb.
Onun sözlərinə görə, azərbaycanlə əsgər sadəcə yolu azaraq tanımadığı əraziyə düşüb.

Alen Simonyan Azərbaycan tərəfinin hərbçinin itkin düşməsi barədə hələ ilkin mərhələdə məlumat verdiyini vurğulayıb.

Əsgər həqiqətən yolu azmışdısa, niyə könüllü şəkildə Ermənistan hakimiyyətinə təslim olmadığı barədə suala cavabında Ermənistan parlamentinin sədri onun sadəcə yemək axtardığını bildirib.

Simonyanın sözlərinə görə, Azərbaycan hərbçisi boş evə daxil olub, orada çörək yeyib, sonra uzanaraq yatıb. O, həmçinin hərbçinin yaralı ola biləcəyini və ya səhhətində problem yaşadığını ehtimal edib.

Simonyan hadisəni adi cinayət hüquqpozması kimi xarakterizə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью