Əsgəranda turizm kəndi salınacaq

21.01.2025

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Əsgəran Turizm kəndi və Qala parkı salınacaq.

Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı baş plan-konsepsiya layihəsinin və Əsgəran Qala Parkının ilkin layihəsinin hazırlanması işləri start götürüb.

Belə ki, artıq Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfat hesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti müvafiq işləri yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını “Artcloud Network Inernational” şirkətinə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 942,8 min manat ödənilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью