Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bu gün Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.
Əlahiddə Ümumqoşun Ordu (ƏÜO) komandanının müavini vəzifələrini icra edən, polkovnik Şəhadət İbrahimov ifadəsində deyib ki, məlumat daxil olduqdan sonra dərhal onlara axtarışla bağlı tapşırıq verilib: “Axşam 10 radələrində tapşırıq aldım və ayın 11-i səhər saat 8-də artıq hadisə yerində idim.
Mərhumun nəşini qruplara bölünərək axtarırdıq”. Ş. İbrahimov ifadəsində qeyd edib ki, postda olan MAXE (müddətdən artıq xidmət edən hərbçi)
Hüseynov postdan bir qədər irəli gedib, az sonra güllə səsi gəlib, yıxılıb: “Yerini göstərməyini dedim, tapşırdım ki, gedib həmin ərazidən g
Getdi, 8-10 dəqiqə sonra xəbər etdi ki, gilizləri tapıb. Sonra biz ora getdik və əsgərin nəşini həmin ərazidən tapdıq.
Onu taparkən, avtomatın qoruyucusu açıq idi, məruzə etdim, təhlükəsizlik üçün qoruyucunu bağladım. Avtomatın darağı da üstündə idi.