Əsgərlikdən yeni gəlmişdi xəstəxanalıq oldu

08.04.2025

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Biləsuvarda mikroavtobus piyadanı vurub.

Milli.Az  bildirir ki, hadisə Biləsuavar-Bəhrəmtəpə avtomol yolunda, Nəsimi kəndi ərazisində qeydə alınıb.

Biləsuvar rayonunun Bəydili kənd sakini Tofiq Əliyevin idarə etdiyi "Mercedes" markalı mikroavtobus kənd sakini 20 yaşlı Rəşad Əkbərovu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada sürücü tərəfindən xəstəxanaya çatdırılıb. O, reanimasiyaya yerləşdirilib.

Məlumata görə, R.Əkbərov bir neçə gün öncə hərbi xidmətdən geri dönüb.

Faktla bağlı araşdırma aparılır. /APA

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью