Əsgərliyə çağırış başladı

01.01.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, 2008-ci ildə doğulan və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan, habelə 1996-2007-ci illərdə doğulan, yaşı 30-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan  vətəndaşları 2026-cı il yanvarın 1-dən hərbi xidmətə çağırılırlar.

Çağırış yanvarın 30-dək davam edəcək.

Bunsan başqa, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il yanvarın 1-dən 30-dək ehtiyata buraxılırlar.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью