Əsgərliyin son yaş həddi endirildi RƏSMİ | Icma.az
Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sfera.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda hərbi xidmətkeçmədə son yaş həddi aşağı endirilir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi 35-dən 30-a endirilir.
Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.
Eyni zamanda ehtiyata keçirilən şəxslərin hərbi komissarlıqlarında tibbi müayinəyə cəlb edilməsinin yaş həddi azaldılır.
Hazırda ehtiyata keçirilən şəxslər vaxtaşırı rayon (şəhər) hərbi komissarlıqlarında yaradılan tibbi müayinə komissiyalarında tibbi müayinəyə cəlb edilirlər.
Bu halda hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 35 yaşına çatanadək hərbi xidmət keçməyə yararlı sayıldıqda çağırışçıların uçotuna qaytarılır (Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) və onlar ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Tam oxu
Xəbəri oxu