Əsgərov: “Günahımız ondadır ki…”

07.11.2025

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Quba” basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərov “Sərhədçi” ilə oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 82:86 hesabıyla uduzduqları matçı belə şərh edib:

“Oyunu gördünüz də, nə demək olar? Komanda oynadı, bütün bacarığını ortaya qoydu. Günahımız ondadır ki, komandanın oyunu budur. 15-20 xal önə çıxıb, üstünlüyü saxlamamaq zəiflikdir. Sonda səhvlər ardıcıl gəldi. Onda da oyun əldən çıxdı. Oyuna normal başlamışdıq, normal oynayırdıq. Davamını gətirə bilmədik. Səhvlərimiz çox oldu. Komandamızın səviyyəsi budur, bundan artığına gücümüz çatmır. Çox zəif oynadıq, xüsusilə sonuncu periodda. Oyunu dominant oynayıb, sonda uduzmaq… Nə bilim, yorğunluq əlamətidir, ya nədir.. Heç nə deyə bilmirəm olduqca ağırdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью