Əsgərov: “Hər iki matçı yüksək səviyyədə keçirməyə çalışacağıq” | Icma.az
futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Qazaxıstanda təşkil olunan təlim-məşq toplanışı ilə bağlı AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.
Futbolpress.az xəbər verir ki, baş məşqçi komandada ab-havanın yüksək olduğunu deyib: “Belə toplanışlar bizim üçün çox önəmlidir.
Beynəlxalq səviyyədə nə qədər çox oyun keçirsək, futbolçularımız bir-birilərini bir o qədər yaxşı anlayarlar.
Sevindirici haldır ki, heyətə cəlb olunanlar öz klublarında müntəzəm oynayırlar.
Milliyə Rusiya, Türkiyə, Qazaxıstan çempionatından gələnlər var. Onların klublarında daim oynamaları bizim üçün çox önəmlidir.
Çünki belədə millinin düşərgəsinə tam hazır gəlirlər. Təəssüf ki, bəzi futbolçularımız zədə səbəbindən budəfəki toplanışda iştirak etmirlər.
Ümid edirəm ki, onlar da tezliklə sağalacaq və qarşıdakı hazırlıqlara qoşulacaqlar”.
Tam oxu
Xəbəri oxu