“Əshabi Kəhf” paylaşımına görə üzr İstədi Heç kimi incitmək NİYYƏTİM OLMAYIB

17.09.2026

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Sosial şəbəkədə "hemistyle” adı ilə tanınan bloger Həmidə Səlimova Naxçıvanda yerləşən "Əshabi-Kəhf" ziyarətgahından etdiyi paylaşımına görə tənqid olunub.

Buna səbəb blogerin qısa donla kamera qarşısında müxtəlif pozalar verərək video çəkdirməsi olub.

Bir sıra istifadəçilər "Əshabi-Kəhf"in yalnız turistik məkan deyil, müqəddəs ziyarətgah olduğunu vurğulayaraq burada geyim və davranış qaydalarına həssas yanaşılmasının vacibliyini qeyd ediblər.

Yaranan tənqidlərdən sonra Həmidə sözügedən paylaşıma görə üzr istəyib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью