Əshabi Kəhfdən enerji ala bilmərəm, ona görə “ölü yanına” getmədim

03.06.2025

Icma.az, Bakupost saytına istinadən bildirir.


Böyük Hüseyn Cavidin ev muzeyini və məqbərəsini ziyarət etdim. Dostlarımız Əshab-Kəhfə və Mömünə Xatun məqbərəsinə getdilər. Söylədim ki, mən maarif, tərəqqi, aydınlanma məkanı olmayan yerlərdən hansısa enerji ala bilmirəm. Eyvallah, siz ölülərin yanına, mən də ölüləri dirildənlərin yanına!

Bakupost.az xəbər verir ki. bu sözləri millət vəkili, əslən naxçıvandan olan siyasətçi Fazil Mustafa qeyd edib.

“Məncə, Naxçıvanda öncəlikli üç mütərəqqi ziyarət məkanı var: Hüseyn Cavidin evi və məqbərəsi, Ordubadi adına Mərkəzi Kitabxana və Naxçıvan Dövlət Dram Teatrı və qarşısındakı böyük Mirzə Cəlilin əzəmətli heykəli”, - o bildirib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью