Eşidilən partlayış səsləri ilə bağlı MNdən AÇIQLAMA

09.01.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Plana uyğun olaraq istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçirilir.

Bu barədə"Unikal"a Müdafiə Nazirliyindən bildirilib.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.

Aparılan partlayış işləri yanvarın 11-dək davam edəcək", məlumatda deyilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью