Eşidirsən? Sevinirsən? Ruhun şaddı? Mintac Elsevərin şəhid qardaşına ithaf etdiyi şeir

16.04.2026

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kulis.az jurnalist Mintac Elsevərin Birinci Qarabağ Savaşında şəhid olan qardaşına ithaf etdiyi şeiri təqdim edir.

Qeyd edək ki, Əliyev Elsevər Allahverdi oğlu 1992-94-cü illərdə Birinci Qarabağ müharibəsində taqım komandiri olub.

35 ilin şəhidinə…

Eşidirsən?
Sevinirsən?
Ruhun şaddı?
Axı müharibə bitibdi.
Amma anan
həm vətənlə,
həm səninlə
rabitəni kəsibdi…

Xatırlamır o nə səni, nə vətəni,
xatırlamır hətta ölümünü sənin.
Yanındakı doğmaları qarğıyır
və kiminləsə rabitəsiz danışır…

Eşidirsən?!
Azadlıqdan səslər gəlir!
Əsgərlərin çəkmələri asfaltın bağrın yarır…
Anan isə kiminləsə rabitəsiz danışır…

Sonra, himnin səsi səmalara yayılır.
Anan isə ara-sıra pəncərədəki o bayrağa boylanır,
başındakı yaylığını tez-tez açır-bağlayır
Və kiminləsə rabitəsiz danışır…

Eşidirsən?!
Eşitmirsən?
Bəlkə elə, anan səninlə danışır…

Xanım İsmayılqızı: "Tənhalıq faciə deyil, fərqlilikdir..." – Müsahibə Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu Sürrealizmin rəmzi - Andre Jid niyə onun yaradıcılığını oxuyanda utanmışdı?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью