Icma.az bildirir, Moderator.az portalına istinadən. Ukrayna cəbhəsindən aldığımız məlumatlar içərisində fərqli xəbər yəqin ki, Şimali Koreya
Rusiya keçən il dekabrın əvvəllərində Kursk istiqamətində Şimali Koreya əsgərlərini hücum əməliyyatlarında istifadə etməyə başladı və elə il
Bu barədə Cənubi Koreyanın “Yonxal” informasiya agentliyi 13 yanvar 2025-ci ildə xəbər yaydı.
Cənubi Koreyanın kəşfiyyat xidməti (NİS) Şimali Koreya əsgərlərinin kütləvi itkilərini “müharibə aparmağın müasir metodlarını anlamaması” ilə əlaqələndirib.
Rusiya prezidenti Vladimir Putin hələ müharibə başlamazdan əvvəl NATO-nu hədələyib, tarixi yenidən yazacağını fəxrlə deyirdi.
Amma, üç ildir davam edən Ukrayna müharibəsi isə bütün dünyaya sübut etdi ki, Rusiya ordusu təsəvvür olunandan çox zəifdir və Şimali Koreyanın hərbi yardımından asılıdır.
Ukrayna prezidenti Zelenski koreyalı əsirləri ukraynalı əsirlərlə dəyişmək təklifi ilə çıxış etsə də, Cənubi Koreya dövləti həmin əsirlərin onlara təhvil verilməsini məqsədəuyğun hesab etdiyini bildirib.
Ukrayna Kəşfiyyat Baş İdarəsinin nümayəndəsi isə bildirib ki, koreyalıların əsir düşməsinin özü ciddi və lazım olan bir faktdır, üstəlik bu əsirlərdən əldə ediləcək informasiyaların hərbi və siyasi əhəmiyyəti də çox böyükdür.