Əsir düşən Koreya əsgərləri nələr danışdı?

13.01.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Kiyev əsir götürülən Şimali Koreya əsgərlərini Rusiyanın əsirliyində olan ukraynalı əsgərlərlə dəyişdirilməsini təkif edir. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski axşam müraciətində bildirib. O deyib ki, əsgərləri Şimali Koreya lideri Kim Çen Ina verməyə hazırdır.

“Geri qayıtmaq istəməyən Şimali Koreya əsgərləri üçün başqa yollar ola bilər”, - deyə Zelenski əlavə edib. "Xüsusən də, bu müharibə haqqında həqiqətləri yaymaqla sülhü yaxınlaşdırmaq arzusunu ifadə edən Koreyalılara belə bir fürsət veriləcək",-deyə o bildirib.

Zelenskinin sözlərinə görə, Şimali Koreyadan əsir düşən ilk əsgərlərdən başqaları da olacaq. O, bunu “zaman məsələsi” adlandırıb.

Ukrayna Prezidentinin yaydığı videoda Şimali Koreyadan olduğu bildirilən yaralı əsgər dindirilir. Harada olduğunu və Ukraynaya qarşı döyüşdüyünü soruşduqda cavab verir ki, heç nə bilmir və komandirlər onlara bunun sadəcə bir təlim olduğunu söyləyib. İkinci əsgər deyir ki, ailəsi var, amma onun harada olduğunu bilmir. Hər ikisindən KXDR-ə qayıtmaq istəyib-istəmədikləri də soruşulur. Biri müsbət cavab verir, digəri Ukraynada yaşamaq istədiyini deyir.

Cənubi Koreya kəşfiyyatı Şimali Koreyanın itkilərinin təxminən 300 ölü və 2700 yaralı olduğunu iddia edir.

Xəzər
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью