Əsirin ölümünə görə Rusiyadan izahat tələb edirlər

15.01.2025

Icma.az, Reyting.az saytına istinadən bildirir.


Avstraliya Rusiyanın Ukraynada əsir götürdüyü avstraliyalı əsgərin qətli ilə bağlı Rusiyadan izahat tələb edir.
Reyting.az
xəbər verir ki, məlumatı “Reuters” agentliyi yayıb.
Qeyd edilir ki, Avstraliya hökuməti Rusiya hakimiyyətindən Oskar Cenkinsin statusunu dərhal təsdiqləməyi xahiş edib.
“Biz faktların ortaya çıxmasını gözləyəcəyik. Lakin Oskar Cenkinsə hər hansı bir şəkildə zərər dəyibsə, bu, tamamilə qınaq obyektidir və Avstraliya hökuməti mümkün olan ən sərt addımı atacaq”, - Avstraliyanın baş naziri Entoni Albanese bildirib.
Məlumata görə, Oskar Cenkins keçən il Rusiya tərəfindən əsir götürülüb.
Xatırladaq ki, Avstraliya Ukraynaya yardım, sursat və müdafiə avadanlığı təmin edən ən böyük qeyri-NATO donorlarından biridir.
V. QULİYEV

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью