Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Ukrayna lideri Volodimir Zelenski Kiyev, Moskva və Vaşinqton arasında Əbu-Dabidə keçirilən danışıqların 2-ci raundunun ilkin nəticələrinə dair özünün "Telegram" kanalında məlumat yayıb. Ukrayna prezidenti bəyan edib ki, Rusiya ilə növbəti əsir mübadiləsi gözlənilir.
SİTAT: "Bu gün keçirilən görüşlərdən sonra nümayəndə heyətimizin hesabatı oldu. Həmçinin komandanın Amerika tərəfi ilə təmasları baş tutdu. Rüstəm Umerov, Kirill Budanov və David Araxamiya məruzə etdilər. Biz bu gün keçirilən danışıqların aralıq nəticələrini müzakirə etdik. Sabah davam edəcəklər. Həmçinin vacib bir addım olacaq: yaxın vaxtlarda hərbi əsirlərin mübadiləsini gözləyirik. Əsirləri evə qaytarmaq lazımdır", - deyə o yazıb.
Mətləb Salahov