“Eşitdim yaralanıb, amma sağlamdır”

11.03.2026

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“İranın yeni Ali Lideri Müctəba Xamenei sağlam və təhlükəsiz vəziyyətdədir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian teleqram kanalında paylaşım edib. 

“Müctəba Xameneinin yaralanması barədə xəbərlər eşitdim. Əlaqələri olan bir neçə dostumdan maraqlandım. Onların sözlərinə görə, o, tam sağlam və təhlükəsiz vəziyyətdədir”, - Yusif Pezeşkian qeyd edib.

Xatırladaq ki, 56 yaşlı M.Xamenei atası seyid Əli Xameneinin fevralın sonu öldürülməsindən sonra İranın yeni Ali Lideri seçilib. Xarici mediada onun İrana aviazərbələr zamanı yaralanması barədə xəbərlər yayılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью