Eşitmə və nitq əlilliyi olanların sayı açıqlandı

08.10.2025

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda rəsmi olaraq 12 mindən çox eşitmə və nitq əlilliyi olan şəxs var. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov “Azərbaycan Jest Dili Tətbiqi” layihəsinin təqdimatında deyib. 

Onun sözlərinə görə, dövlət başçısının tapşırığı əsasında həyata keçirilən beş sosial islahat paketi çərçivəsində bu kateqoriyadan olan şəxslərə dəstək göstərilib:

“Xüsusi qayğıya ehtiyacı olan şəxslərin inklüziv cəmiyyətə inteqrasiyası prioritet istiqamətlərdəndir. Ölkədə sosial siyasətin əsas hədəflərindən biri xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların hüquqlarının təmin olunmasıdır. Bu istiqamətdə həyata keçirilən islahatlar nəticəsində inklüziv təhsil, məşğulluq və sosial xidmətlər sahəsində mühüm irəliləyişlər əldə olunub”.

Gülnar Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью