Eskalasiyaya baxmayaraq, ABŞ və İran danışıqları davam etdirir

10.06.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Trampın İrana yeni hücumlarla bağlı təhdidlərinə baxmayaraq, Vaşinqton-Tehran sülh danışıqları çərşənbə günü davam edib.

525.az xəbər verir ki, bu barədə "Fox News" ABŞ administrasiyasındakı yüksək vəzifəli məmura istinadən məlumat yayıb.

"Danışıqlar hələ də davam edir. Vaşinqton Tehranla razılığa gəlmək üçün maksimum təzyiq göstərməyə davam edəcək", - deyə kanal rəsmidən sitat gətirib.

Ağ Ev rəhbəri daha əvvəl Fox News-a verdiyi açıqlamada İrana qarşı yeni zərbələr endirməyə hazır olduğunu söyləyib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью