Eskalatorda dayanmağa görə pul alırlar | Icma.az
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yaponiyada Naqoya şəhər meriyası maraqlı qərar qəbul edib.525.az xarici KİV-ə istinadən xəbər verir ki, burada eskalatorda dayanmağa görə insanlara pul ödəyirlər.
Məsələ burasındadır ki, qərarın əsl məğzi tamam başqadır. Meriya eskalatorda insanların hərəkət etməsinin qarşısını almaq üçün xüsusi qrup y
Qrup üzvləri 19 metro stansiyasındakı eskalatorlarda dayanır və sərnişinləri qaçmamağa, yeriməməyə çağırırlar.
Bununla da mümkün zədələnmələrin qarşısını almağa çalışırlar. İşçilər növbə ilə gündə 6 saat iş başında olurlar.
Onların gəlirləri də kifayət qədər yüksəkdir. Qrup rəhbəri gününə 110, sıravi üzvlər isə 45 dollar qazanır.
L.Tağıyeva Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu