Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin Bolu şəhərində eskalatordan yıxılan 84 yaşlı Hatice İman xəstəxanada vəfat edib.
Sherg.az xəbər verir ki, hadisə İzzet Baysal küçəsində baş verib.
Qızı ilə birlikdə yuxarı çarşıya getmək istəyən qadın eskalatorda tarazlığını itirərək yıxılıb. Bədənində sınıqlar yaranan Hatice İman xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, qadın təxminən bir ay əvvəl Ankaradan qızını ziyarət etmək üçün Boluya gəlib.