Eskalatorlar niyə işləmir?

06.06.2026

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda piyadaların təhlükəsizliyini təmin etmək üçün çoxlu sayda yeraltı keçidlər inşa edilib! Çox gözəl! Və bu yeraltı keçidlərdə eskalatorlar da istifadəyə verilib.

Təəssüf olsun ki, bir çox yeraltı keçidlərdə eskalatorlar davamlı olaraq işləmir. Məsələn, " Azneft" dairəsindəki  yeraltı keçiddə  dörd eskalator mövcuddur. Filormaniya bağından keçib yeraltı keçidə düşəndə orda olan hər iki eskalator altı aya yaxındır ki,işləmir. Ordan keçib Adil İsgəndərov küçəsinə çıxmaq istəyəndə burda da iki eskalatordan biri işləyir.

Yəni piyadalar bu yeri pilləkənlə qalxmağa məcbur olurlar.Özü də xəstə  və yaşlı adamlar eskalator işləməyəndə çox əziyyət çəkirlər. Hətta bir yaşlı və çəkisi ağır olan qadın yıxıldı . Ona yaxınlıqdakı insanlar kömək edərək ayağa qaldırdılar! Demək olar ki, belə hadisələr həmin yerlərdə tez-tez baş verir!

Biz hər gün bu yeraltı keçiddə  işləməyən  eskalatorları  görürük və qanımız qaralır. Amma aidiyyəti qurumların əməkdaşları əfsuslar olsun ki, bu eskalatorları  nə görür, nə də qanları qaralır. Çünki əziyyəti onlar çəkmirlər! Əziyyəti o eskalatorlardan istifadə etməli olan insanlar çəkirlər!!!

Emil FAİQOĞLU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью