Eskalatorun sıradan çıxması nəticəsində bir nəfər ölüb

14.11.2024

Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Eskalatorun sıradan çıxması nəticəsində bir nəfər ölüb


Çinin cənubundakı Detian şəlaləsində turist eskalatorunun sıradan çıxması nəticəsində 1 nəfər ölüb, 60 nəfər yaralanıb. RİA Novosti xəbər verir ki, bu barədə park administrasiyası WeChat sosial şəbəkəsində məlumat verib.

“Saat 18:30-a olan məlumata görə, insident nəticəsində bir turist həlak olub, daha 60 turist yaralanıb, onlardan biri ağır, qalan 59 nəfər isə yüngül xəsarət alıb”, - məlumatda deyilir.

“Sehirli xalça” adlanan və şəlalələri seyr etmək üçün istifadə edilən eskalatorun avadanlıqlarında nasazlıq yaranıb, rəsmilər bildiriblər.

Dərhal hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub, xəsarət alanlara tibbi yardım göstərilib.

Oxuməni.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью