“Əskipara üçbucağı” Azərbaycana qaytarılır: Ermənilər “döyüşəcəyik” deyirlər

21.01.2025

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

“Tavuşda yeni birtərəfli güzəştlər gözlənilir. Bu dəfə sərhədin demarkasiyası prosesi çərçivəsində Kirants-Əskipara hissəsindən ərazilər Azərbaycana qaytarılacaq”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. “Kirantsdan olan Andranik Nazaryan bildirdi ki, söhbət “Əskipara üçbucağı” adlanan və son dərəcə mühüm strateji əhəmiyyətə malik ərazidən gedir. Bu ərazi Azərbaycana qaytarılandan sonra bir sıra ərazilər, o cümlədən qaz kəməri, yol onların nəzarətinə keçəcək”, - “Hraparak” yazıb.

Böyük ehtimalla, söhbət Azərbaycanın anklav olan kəndlərinin qaytarılmasından gedir. Amma ermənilər Azərbaycana məxsus olan kəndlərin qaytarılması ilə barışmırlar. Bildirilir ki, yerli ermənilər sakit dayanmaq fikrində deyillər və döyüşməyi planlaşdırırlar.

Tural

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью