Eskişehirdə azərbaycanlıların soyqırımı gündəm oldu | Icma.az
Icma.az, Modern.az saytına istinadən bildirir. "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Bakı Dövlət Universiteti, Türkiyənin Anadolu
Tədbir Türkiyə və Azərbaycan Dövlət Himnlərinin səsləndirilməsi və soyqırım qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə b
Ardınca tədbirin moderatoru, Anadolu Universitetinin Heydər Əliyev Tətbiq və Tədqiqat Mərkəzinin müdiri Prof. Dr.
Burhan Sayılır çıxış edərək iştirakçıları salamlayıb və konfrans barədə məlumat verib.
Açılış nitqləri ilə Anadolu Universitetinin prorektoru Yusuf Şimşek, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova və “Eskişehir Azərbaycan Dərnəyi”nin sədri Cavid Aydın çıxış ediblər.
Nitqlərdə XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımların tarixi faktlarla dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi vurğulanıb.
Tədbirin davamında panel müzakirələrə start verilib. Paneldə Anadolu Universitetinin Hüquq fakültəsinin professoru Prof. Dr.
Gökhan Güneysu və Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dosenti Dr. Aydın Məmmədov təqdimatla çıxış ediblər.
Tam oxu
Xəbəri oxu