Eskişehirdə soyqırım mövzusunda konfrans keçirilib FOTOLAR | Icma.az
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Bakı Dövlət Universiteti, Türkiyənin Anadolu Universiteti və Eskişehir Azərbaycan Dərnəyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin tərəfdaşlığı ilə 11 aprel 2025-ci il tarixində Eskişehir şəhərində yerləşən Anadolu Universitetində “Erməni problemi və XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırım və sürgünlər” mövzusunda panel-konfrans keçirilib.
"Unikal" xəbər verir ki, tədbir Türkiyə və Azərbaycan Dövlət Himnlərinin səsləndirilməsi və soyqırım qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Ardınca tədbirin moderatoru, Anadolu Universitetinin Heydər Əliyev Tətbiq və Tədqiqat Mərkəzinin müdiri Prof. Dr.
Burhan Sayılır çıxış edərək iştirakçıları salamlayıb və konfrans barədə məlumat verib.
Açılış nitqləri ilə Anadolu Universitetinin prorektoru Yusuf Şimşek, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova və “Eskişehir Azərbaycan Dərnəyi”nin sədri Cavid Aydın çıxış ediblər.
Nitqlərdə XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımların tarixi faktlarla dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi vurğulanıb.
Tədbirin davamında panel müzakirələrə start verilib. Paneldə Anadolu Universitetinin Hüquq fakültəsinin professoru Prof. Dr.
Tam oxu
Xəbəri oxu