“Əsl kino adamı” kitabı təqdim edildi FOTO

05.05.2026

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin kitab evində Azərbaycanın Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov haqqında yazılmış “Əsl kino adamı” kitabının təqdimatı keçirilib.

Təqdimatda kino adamları, sənət adamları, aktyorlar iştirak ediblər.Tədbirdə çıxış edənlər Elxan Cəfərov haqqında xoş sözlərini dilə gətiriblər.

Qeyd edək ki, Kinematoqrafçının həyat və yaradıcılığını əhatəli şəkildə özündə əks etdirən, şərti adı “Əsl kino adamı” olan sənədli-publisistik portret Şəhla Əmirli tərəfindən hazırlanmışdır. Monoqrafiyada Elxan Cəfərovun həyat yolunun, kino fəaliyyətinin ətraflı təqdimatı ilə yanaşı, çəkildiyi və çəkdiyi filmlərin təhlili oxuculara təqdim edilir, tərəf-müqabillərinin, həmkarlarının çıxışlarında “Azərbaycanfilm” kinostudiyasının müəyyən dövrünün yaradıcı mühiti, çəkiliş meydançalarında olan ab-hava diqqətə çatdırılır.Kitab geniş oxucu auditoriyası, kinematoqrafiya sahəsində çalışanlar və tələbələr üçün nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью