Əsl kişilik bığ, saqqal saxlamaqla olmur

12.11.2026

Icma.az, Axsham.az saytına istinadən bildirir.

"Kişi qadının gözəlliyindən, xanımlığından, mədəniyyətindən zövq almalıdır".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Sevilən səhər” proqramında qonaq olarkən deyib. Müğənni bir çox kişilərin ona paxıllıq etməsindən danışıb:

“Mən də analığı, nənəliyi, bəstəkarılığa qədər hər şeyi etmiş, abrımı qoruyaraq zirvələrə qaldırmışam. Çətin olub. İsmətimi, mərifətimi qorumuşam. Azərbaycan Yazıçılar Birliyinə üzv olanda qadınlardan çox kişilər mənə üsyan etdilər. Satıldılar, məntiqsizlik etdilər. Məni elə ora kişilər seçdi.

Əsl kişilikdən söhbət gedirsə, bığ-saqqal saxlamaqla olmur. Çoxu bış saxlayır, onun mənasını bilirlər? Biz uşaq olanda hamının üzü təmiz idi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью