Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tələbəliyi insan həyatında tək və təkrarsız bir dövr də adlandırmaq olar.
Bəzən kitabxanada saatlarla ötən zaman, bəzən də bir müəllimin səmimi təbəssümü, yaxud təhsil müddətində yaddaqalan bir çox məqamlar insan üçün əsl dəyərə çevrilir.
Əminəm, illər ötəcək, amma bu dövrdə yaşanan duyğular – təlatümlər, sevinclər, mübarizələr və uğurlar yaddaşımda silinməz iz buraxacaq.
Hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin ikinci kursunda təhsil alıram. Yaz semestrinin sonuna yaxınlaşırıq.
Buna baxmayaraq tələbələrin fəaliyyətində imtahanlara hazırlıq mərhələsinə keçid özünü tədricən göstərməkdədir.
Auditoriyalarda həyəcanlı bir tələskənlik, tələbələrin simasında isə məsuliyyətin ağırlığı duyulur.
Bu günlərdə mən də həm oxuduğum fənləri təhlil edir, həm də geridə qalan tələbəlik yoluna qısa da olsa nəzər salıram, beynimdə icmalını hazırlamağa çalışıram.