Əsl Ragnarök: 1500 il əvvəl Skandinaviyada əhalinin yarısı niyə ölüb? | Icma.az
Icma.az, Qaynarinfo saytına istinadən bildirir. Yeni tədqiqatlar göstərir ki, Skandinaviya mifologiyasındakı "Ragnarök" əfsanəsi gerçək bir
Bu hadisə Norveç və İsveçdə əhalinin yarısının həyatını itirməsinə, bölgənin isə illərlə qaranlığa bürünməsinə səbəb olub.
Vikinq inancına görə, "Ragnarök" "Tanrıların taleyi" və ya "Tanrıların alatoranlığı "mənasına gələn, qiyamətvari bir müharibəni təsvir edir.
Əfsanəyə görə, tanrılar və şeytanların qarşıdurması ilə nəticələnən bu dövr dünyanı sonunun başlanğıcı ilə üz-üzə qoyur.
Qaynarinfo xəbər verir ki, mifologiyada "Ragnarök”un başlanğıcı olaraq təsvir edilən Fimbulvetr (Üç illik fasiləsiz qış), insan həyatını sona çatdıracaq dəhşətli soyuq bir dövr kimi tanınır.
Danimarka Milli Muzeyinin alimləri ağac halqalarını araşdıraraq, təxminən 1500 il əvvəl Skandinaviyanın belə bir təbii fəlakətlə üzləşdiyini sübut ediblər.
Tədqiqatçılardan Morten Fiçer Mortensen bildirib ki, bu vəziyyət uzaq bölgələrdə baş verən vulkan püskürmələri nəticəsində yaranıb.
Həmin püskürmələr kül və kükürd buludları ilə dünyanı əhatə edib: "Bu hadisə çox qorxunc olub.
Tam oxu
Xəbəri oxu