Əslən azərbaycanlı baş məşqçinin yeni iş yeri müəyyənləşib

05.11.2024

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sərvət Çətinin yeni iş yeri müəyyənləşib. Sport24.az xəbər verir ki, "ay-ulduzlular"ın sabiq müdafiəçisi I Liqa təmsilçisi "Amedspor"u çalışdıracaq.

Müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, bu, Çətinin baş məşqçi kimi ilk sınağı deyil. O, 2023-cü ildə "Sivasspor"un baş məşqçisi olub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью