Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin tanınmış simaları arasında əslən Azərbaycan türkü olan məşhurların sayı diqqət çəkir.
“Yeni Sabah” xəbər verir ki, bu barədə “Türk’e Gündem” sosial media səhifəsində paylaşım edilib.
Paylaşımda televiziya, kino, musiqi və idman sahələrində tanınan bir sıra məşhurların Azərbaycan türkü kökənli olduğu qeyd olunub. Bakıda online alış-veriş
Siyahıda aktyorlar Ozan Akbaba, Sinem Ünsal, Akın Akınözü, Selin Şekerci və Doğukan Güngör, müğənnilər Cem Karaca və Azer Bülbül, eləcə də Çağla Şıkel və Tuğba Ekinci yer alıb.
Paylaşım sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. İzləyicilər siyahıya başqa tanınmış adların da əlavə edilə biləcəyini bildiriblər.