futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Eşli Koul İngiltərənin gənclərdən ibarət milli komandasındakı məşqçilik vəzifəsindən istefa verib.
Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının rəsmi mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis daha əvvəl Li Karslinin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alırdı.
Eşli Koul ümumilikdə 5 il ərzində Karslinin qərargahında fəaliyyət göstərib. Mütəxəssis cari ilin martında İtaliyanın “Çezena” klubunda çalışmaq üçün yığmadakı postunu tərk etsə də, iyun ayında həmin klubla yollarını ayırmışdı.