Eşli Yanq karyerasını başa vuracaq

30.04.2026

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“İpsviç Taun”un müdafiəçisi Eşli Yanq karyerası ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, o, 2025/26 mövsümünün sonunda peşəkar futboldan ayrılacağını açıqlayıb.

Bu barədə “The Sun” nəşri məlumat yayıb.

O, daha öncə "Uotford", "Aston Villa", "Mançester Yunayted", "İnter" və "Everton" kimi klublarda çıxış edib.

40 yaşlı futbolçu 765 oyunda meydana çıxıb və 88 qol vurub. Yanq həmçinin İngiltərə milli komandasında 39 matçda çıxış edib.

Qeyd edək ki, arxa xətt oyunçusu "Mançester Yunayted"lə Premyer Liqa, FA Kuboku və Avropa Liqasını qazanıb. O, "İnter"lə İtaliya çempionu olub.

Mudrikə 4 illik diskvalifikasiya PSJ-də ciddi itki Türkiyə Kubokunun finalı Antalyada "Liverpul"un müdafiəçisi "Fənərbaxça"ya gəlir? Super Liqa klubunda yeni müqavilə - RƏSMİ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью