Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Əslində bu məsələyə baxanda onu deyə bilərəm ki, bizim ölkədə qeyri-rəsmi sövdələşmə deyilən bir nüansda var.
Eyni zamanda humanist prinsiplərdə yanaşsaq istər restoran sahələrində, istər taksi sahəsində el dili ilə desək "Çayavoy" deyilən bir termində var.
Yəni burada söhbət nədən ibarətdir deyə soruşsanız, buna misal olaraq onu deyə bilərəm ki, məsələn taksi çağırmısınız və qiymətdə 5.10 AZN qeyd olunub.
Əgər bu zaman bir başa kartnan ödəniş vuranda olan məbləğ müştərinin kartından çıxılır, amma nağd ödəniş etdikdə bu zaman müştəri 5.10 AZN-lik ödənişin yerinə 6 AZN ödəyir".
Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert İlqar Hüseynov deyib.
Onun sözlərinə görə, gün ərzində həmin o rəqəmi yuvarlaqlaşdırdıqda müştəri tərəfindən nağd ödəniş olan məbləğlərdən qalan qalığ gün sonunda taksi sürücüsünə qalır: "Bu qalan məsəl üçün 10-15 manatlıq məbləğ artıq bir-başa taksi sürücüsünün özünə qalan məbləğdir.
Çünki taksi şirkəti ilə hesablaşmanı aparanda həmin o tarifin yazıldığı qiymət üzərindən aparılır.