Esma Əsəd boşanır

19.12.2024

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Esma Əsəd Rusiyaya getdikdən sonra Moskvadakı həyat şəraitindən şikayətlənərək boşanmaq və Londona getmək üçün Rusiya məhkəməsinə müraciət edib. Məhkəmə tərk etməsi üçün xüsusi icazə istəyib, lakin onun ərizəsinə hələ də baxılır.

Bəşər Əsədin sığınacaq tələbi qəbul edilib, ancaq o, Rusiya hakimiyyət orqanları tərəfindən sərt məhdudiyyətlərə məruz qalır. Bəşər Əsədə Moskvadan çıxmaq və siyasi fəaliyyətlə məşğul olmaq qadağan edilib. Bu məhdudiyyətlər onun hərəkət dairəsini məhdudlaşdırır. Bundan əlavə, onun maləna və pullarına çıxışı dondurulub, bu da ailəsinin maliyyə gücünü azaldıb.

Esma Əsədin Londona getməsinə icazə verilsə, ailənin Rusiyadakı mövqeyi daha da zəifləyə bilər. Digər tərəfdən, Bəşər Əsədin qardaşı Mahir Əsədin sığınacaq istəyi hələ də təsdiqlənməyib və o, ailəsi ilə birlikdə ev dustaqlığındadır. Bu hadisələr ailənin Rusiyada üzləşdiyi problemləri və gələcək taleyini ortaya qoyur.

Günel Həsənova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью