Əsnad Niftiyeva: “Qızıl medal məni çox sevindirdi” VİDEO

10.06.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Səkkiz ildir ki, tamblinq gimnastikası ilə məşğulam”.

Bu sözləri tamblinq gimnastı Əsnad Niftiyeva Milli Gimnastika Arenasında keçirilən tamblinq üzrə 22-ci ölkə çempionatından sonra İdman.Biz-ə açıqlamasında deyib.

O, 22-ci ölkə çempionatında qızıl medal qazandığını bildirib:

“Bu nəticəyə görə çox sevinirəm. Qızıl medal qazanmağımda məşqçim Adil Hüseynzadənin böyük əməyi var, ona təşəkkür edirəm. Qarşıdakı yarışlara hazırlaşıram, növbəti hədəfim Portuqaliyada keçiriləcək turnirdir”.

İslam Atakişiyev

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью