Espanyol Barselona matçından əvvəl xoşagəlməz hadisə yaşanıb VİDEO

16.05.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

İspaniya La Liqasının 36-cı turunda keçirilən "Espanyol" - "Barselona" matçından əvvəl xoşagəlməz hadisə yaşanıb.

İdman.biz xəbər verir ki, naməlum şəxş avtomobili azarkeş kütləsinin üzərinə sürüb.

Nəticədə "Espanyol" azarkeşlərinin yaralanıb. İtkilər və sürücünün kimliyi barədə məlumat verilməyib.

Qeyd edək ki, hadisə şahidləri “Espanyol” formasında İspaniya bayrağı ilə azarkeş olduğunu bildiriblər. Kataloniyanın müstəqilliyini müdafiə edən “Barselona” azarkeşlərindən fərqli “Espanyol” fanatları ispanyönlü baxışına görə fərqlənirlər. Bu amilin hadisənin törədilməsində başlıca motiv olduğu istisna edilmir.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью