“Espanyol” səfərdə son dəqiqə qolu ilə qələbə qazandı

01.12.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İspaniya La Liqasın “Espanyol” 14-cü turun oyununda “Selta”nın qonağı olub və qarşılaşmadan minimal hesablı qələbə ilə ayrılıb - 1:0.

İdman.Biz xəbər verir ki, matçın yeganə qolunu oyuna 60-cı dəqiqədə daxil olan forvard Kike Qarsiya vurub. Hücumçu 87-ci dəqiqədə Ekspositonun ötürməsini dəqiq tamamlayaraq komandasına üç xal qazandırıb.

Qələbədən sonra “Espanyol” xalını 24-ə yüksəldib və La Liqanın turnir cədvəlində altıncı yerə yüksəlib. “Selta” isə 16 xalla 12-ci pilləyə düşüb.

Növbəti turda “Espanyol” 7 dekabrda öz meydanında “Rayo Valyekano”nu qəbul edəcək. Eyni gün “Selta” səfərdə Madrid “Real”ı ilə qarşılaşacaq.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью