Espanyol un futbolçusu Mbappedən üzr istədi

02.02.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Espanyol"un sol cinah müdafiəçisi Karlos Romero İspaniya La Liqasının 22-ci turunda etdiyi kobudluğa görə "Real"ın hücumçusu Kilian Mbappedən üzr istəyib.

Oxu.Az "Marca"ya istinadən xəbər verir ki, 60-cı dəqiqədə Romero meydanın ortasında qonaq oyunçunu arxadan vurub.

"Mbappenin qarşısıalınmaz olduğunu bilirdim və bacardığım qədər onu saxlamağa çalışdım. Bu, çirkin hərəkət idi və mən ondan üzr istədim. Bu epizod münaqişəyə çevrilmədi, hər şey meydanda qaldı", - Romero bildirib.

Matçdan sonra Madrid klubunun baş məşqçisi Karlo Ançelotti "Espanyol"un müdafiəçisinin Mbappeyə qarşı kobud oyuna görə qırmızı vərəqə almamasını anlaşılmaz adlandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью