“Espanyol”un futbolçusu yerdə qalan Vinisiusu təpiklədi VİDEO

23.08.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

İspaniyanın “Espanyol” futbol klubunun oyunçusu Aleks Kalatrava La Liqanın ikinci turunda Madrid “Real”ı ilə keçirilən görüşdə diqqətçəkən hərəkətlə yadda qalıb.

İdman.Biz xəbər verir ki, epizod matçın ilk hissəsində baş verib. Kalatrava yerdə olan “Real”ın vingeri Vinisius Juniora ayaqla zərbə vurub.

Qarşılaşmanın baş hakimi Xose Sançes Martines epizoddan sonra Madrid təmsilçisinin xeyrinə cərimə zərbəsi təyin etsə də, “Espanyol” futbolçusuna vərəqə göstərməyib. Referi VAR-a da müraciət etməyib.

Barselonadakı “Kornelya-El Prat” stadionunda keçirilən qarşılaşma 1:2 Madrid təmsilçisinin xeyrinə başa çatıb.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью