ESPN ən yaxşıları seçib İdman və Biz

27.12.2024

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

ESPN öz versiyasına görə 2024-cü ilin ən yaxşı futbolçu və məşqçilərinin adlarını açıqlayıb.

İdman.biz xəbər verir ki, beynəlxalq kabel idman kanalı "Real Madrid" və Braziliya millisinin vingeri Vinisius Junioru ilin oyunçusu seçib.

ESPN-in versiyasına görə, Madrid komandasını çalışdıran Karlo Ançelotti ilin ən yaxşı məşqçisidir.

Bundan başqa, İspaniya millisi ilin ən yaxşı komandası, "Barselona"nın vingeri Lamin Yamal "ilin kəşfi", Çempionlar Liqasının 1/4 finalı çərçivəsində keçirilən "Real Madrid" - "Mançester Siti" qarşılaşması (3:3) da ilin ən yaxşı oyunu seçilib.

Qadın futbolunda da ən yaxşılar müəyyənləşib: ilin oyunçusu - Aitana Bonmati ("Barselona), ən yaxşı komanda - "Barselona", ən yaxşı məşqçi - Emma Heys ("Çelsi", ABŞ millisi).

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью