Eşq haqqı” işıq üzü gördü

13.02.2025

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Bu günlərdə yazıçı-şair, publisist, Azərbaycan Yazıçılar Birliyi Gəncə Təşkilatının məsləhətçisi Aləmzər Əlizadənin “Sevgi haqqı” adlı kitabı çap olunub.

Cənubi Azərbaycanda işıq üzü görən şeirlər toplusunun tərtibatçısı və naşiri tanınmış yazar Əli Aslanidir. Naşir “Sevgi haqqı”nın Aləmzər Əlizadə yaradıcılığına olan oxucu sevgisindən və oxucu tələbatından doğulduğunu qeyd edir.

Xatırladaq ki, Azərbaycan Ədəbiyyatında müstəsna rolu olan Aləmzər Əlizadənin yaradıcılıq nümunələri mütəmadi olaraq Cənibi Azərbaycanın müxtəlif mətbu orqanlarında nəşr edilir.

 Iradə  Aytel

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью