“Eşq və Kədər Dolu Həyat” kitabının təqdimatı keçirildi Doğru Xəbərlər | Icma.az
Dogru.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azərbaycan Gənclərinin İnkişaf Hərəkatıx İctimai Birliyinin təşkilatçılığı və “Kitabçı” mağazalar şəbəkəsinin ev sahibliyi ilə yazıçı-psixoloq Rəna Feyzi ilə görüş və onun “Eşq və Kədər Dolu Həyat” kitabının təqdimatı keçirildi.
Doğru.az xəbər verir ki, Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə ilk olaraq Azərbaycan Gənclərinin İnkişaf Hərəkatı İctimai Birliyinin sədri MirTeymur Mirəliyev çıxış etdi.
O, gənclər arasında ədəbiyyatı təbliğ etmək və sevdirmək məqsədilə belə tədbirlərin davamlı olmasının vacibliyini vurğuladı.
O bildirdi ki, “Ədəbiyyat fizika və ya kimya deyil ki, oxuya bilməyəsən. Ədəbiyyat ruhun özüdür, poeziya isə ruhun qidasıdır.
Ədəbiyyatı yaşadanları sevmək, tanımaq və tanıtdırmaq, onları qorumaq bizim borcumuzdur.” Daha sonra jurnalist Elçin Məmmədli çıxış edərək Rəna Feyzinin həyat və yaradıcılığı haqqında danışdı.
Tam oxu
Xəbəri oxu